Janna Friske vəfat etdi

Rusiyanın məşhur müğənnisi Janna Friske dünyasını dəyişib. SİA-nın verdiyi məlumata görə, 41 yaşlı pop ifaçısı uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Müğənninin ölüm xəbərini atası da təsdiqləyib.

Qeyd edək ki, Janna Friske 1996-cı ildən məşhurlaşmağa başlayıb. Üzvü olduğu qızlardan ibarət "Blestaşie" qrupu ona uğur gətirib. Janna 2003-cü ildə isə solo karyeraya başlayıb, bundan əlavə olaraq bir neçə kinoda çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə