Yeni seriala rekord ödəniş FOTO

Bir çox serialları ilə özünü tamaşaçılara sevdirən aktyor Halit Ərgənç yenidən ekranlara qayıdır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, aktyorun yeni serialda bir bölüm üçün 120 min TL alacağı açıqlanıb. Rekord ödənişə imza atan və özəl kanalla razılaşan Halit Ərgənç oktyabr ayında ekranlarda görünəcək.

Ən çox qazananlar siyahısında məşhur olan H.Ərgənc, yeni serialın çəkilişlərinə yaz aylarından başlayacaq.

Qeyd edək ki, adı açıqlanmayan serialda aktyorun tərəf müqabili aktrisa Cansu Dərə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə