"Niyamla 7 il sevgili olmuşuq"

Gənc ifaçı Sabrina Qamze müğənni Niyam Səlami haqqında inanılmaz etiraflar edib. SİA-ya açıqlama verən xanım sənətçi Niyamla eşq məcarəsi yaşadığını deyib: "Niyamla 7 il sevgili olmuşuq. Onunla münasibətimiz olan ərəfədə səhhətimlə bağlı Azərbaycanı tərk etməli oldum. Niyam mənimlə getmək istəmədi. Hava limanında qarşımda diz çökərək evlilik təklifi etdi və barmağıma üzük taxdı. Daha sonra bildirdi ki, məni ölənədək gözləyəcək. Ancaq dediyi sözlərə əməl etmədi. Belə ki, bir müddətdən sonra Bakıya gələndə xəbər tutdum ki, nişanlanıb və tezliklə toyudur. Onun bu xəbəri məni çox üzdü. Niyama dəfələrlə zəng etsəm də cəhdlərim boşa çıxdı. Toyu baş tutan günü çox pis oldum. Depresiyaya düşdüm. Uzun illərdən sonra tədbirlərin birində qarşılaşdıq. Niyam məni tanımamazlıqdan gəldi. Bir müddətdən sonra eşitdim ki, boşanıb. Hazırda o, yenidən bir araya gəlməyimizi istəyir. Deyir evlənək, övladımız olsun. Mən isə onun bu təklifini rədd etdim. Çünki zamanında mənə qarşı etdiyi hərəkətə görə onu bağışlaya bilmirəm. Ancaq hava limanında barmağıma taxdığı üzüyü hələ də çıxartmamışam. Hazırda Niyamı həm sevirəm, həm də nifrət edirəm. Onu da deyim ki, bir neçə gün bundan öncə N.Səlaminin avtomobil qəzasına düşdüyü xəbərini eşitdim. Allah köməyi olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə