Vüsalə Rəcovadan “Sarı gəlin”

Vüsalə Rəcovadan “Sarı gəlin”

Ötən həftə Pekində bayram əhval-ruhiyyəli konsert verən müğənni və teleaparıcı Vüsalə Rəcova növbəti dəfə böyük səhnəyə çıxacaq. Onun bu dəfəki çıxışı Heydər Əliyev Sarayında nəzərdə tutulub. Sənətçi müəllimi, "Şöhrət" ordenli, xalq artisti Mənsum İbrahimovun təşəbbüsü ilə iyunun 18-də nəzərdə tutulan "Gəncləşən muğam" gənc muğam ifaçılarının konsertində çıxış edəcək.

Artıq məşqləri başlayan layihədə Vüsalənin payına dünyaya səs salan "Sarı gəlin" xalq mahnısı düşüb. Kompazisiyanı özünəməxsus şəkildə hazırlayan ifaçı səhnəyə milli geyimdə çıxacaq. Yaxın aylarda ölkədən kənarda çıxışları nəzərdə tutulan müğənni eyni kompazisiyanı xarici səhnələrdə də eşitdirəcəyini bildirib.

Qeyd edək ki, "Gəncləşən muğam" layihəsində Mənsum İbrahimovun yetirmələrindən Aytən Məhərrəmova, Arzu Əliyeva, Elşad Aydınoğlu, Hüseyn Məlikov, Günay İmamverdiyeva və başqaları da səhnə alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə