Burakdan Fəxriyyəyə 50 000-lik hədiyyə FOTO

Burakdan Fəxriyyəyə 50 000-lik  hədiyyə FOTO

Tükiyəli məşhur akyor Burak Özçivit sevgilisi Fəxriyyə Evcenə doğum gününü Romada qeyd edəcəklərinə söz vermişdi. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, yaraşıqlı aktyorun Murad Bozla birgə çəkiləcəyi yeni filmə görə, tez-tez yığıncaqlara qatıldığından tətil planları suya düşüb.

Belə ki, cütlüyün baş tutmayan tətil kefi başqa zamana qalıb. Özünü günahkar sayan aktyor çox məyus olan sevgilisinə özünü bağışlatmaq üçün 50 min liraya "Osmanlı xalatı" adlı tarixi bir tablo alıb.

Qeyd edək ki, aktyorun ad günü hədiyyəsi Fəxriyyənin evinin baş küncünə asılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə