Sevda Yahyayeva uşaqları sevindirdi

"Uşaqların Beynəlxalq Müdafiəsi" günü ilə əlaqədar olaraq Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi və müğənni Sevda Yahyayevanın təşəbbüsü ilə Suraxanıda Heydər Əliyev Parkında xeyriyyə konserti baş tutub. SİA-nın verdiyi xəbərə görə, tədbirdə şou-biznesin tanınmış simalarından Zamiq Hüseynov, Emil Bədəlov, Sevil və Sevinc bacıları, Hacı Nazim, Elçin Hüseynov iştirak ediblər. Mərasimi aparıcı Samir Bayramlı idarə edib. Konsert başlamadan öncə Sevda Yahyayeva bütün uşaqları təbrik edərək, yeni mahnılarını ifa edib.

Xeyriyyə tədbirindən olan fotoları təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə