Həmkarının lezbiyan olduğunu deyən ifaçı məhkəməlik olunca yoxa çıxdı

Həmkarının lezbiyan olduğunu deyən ifaçı məhkəməlik olunca yoxa çıxdı

Uzun müddətdir davam edən Aytac Bərdəli və Afaq Aslan davası məhkəməlik olub. SİA-ya danışan Aytac Afaqı məhkəməyə verdiyini deyib: "Aslanova Afaq Məcid qızı internet saytlarında mənim barəmdə həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatları əks etdirən müsahibəsində məni təhqir edib, şərəf və ləyaqətimə xələl gətirə bilən ifadələr işlədib. Mən də hüquqlarımı müdafiə etmək üçün 16 mart 2015-ci ildə Yasamal rayon Məhkəməsinə müraciət etdim. İddiam hakim Şeyda Məhərrəmovanın icraatına verilib.

Məhkəmənin 13 aprel 2015-ci ilə, saat 9:45-ə təyin edilmiş hazırlıq iclasına cavabdeh Aslanova Afaq Məcid qızı heç bir səbəb gətirmədən gəlmədi.

04 may 2015-ci il tarixə saat 11:45-ə təyin edilmiş məhkəmə iclasına bu barədə çagırış alsa da yenə də gəlmədi.

26 may 2015-ci ilə saat 11:15-ə təyin edilmiş məhkəmə iclasına təkrar olaraq heç bir üzürlü səbəb olmadan cavabdeh Aslanova Afaq məhkəmə iclasına gəlmədi.

Bundan sonra cavabdeh Aslanova Afaqın iştirakı olmadan işə baxan hakim Şeyda Məhərrəmova barəmdə işlədilmiş ifadələrin təhqir xarakterli ifadələr olub-olmamasını müəyyən etmək üçün məhkəmə linqivistik ekspertizası təyin edib.

Mənim üçün maraqlıdır görəsən Aslanova Afaqı barəmdə həqiqətə uyğun olmayan məlumatları yaymasına nə vadar edib ki, indi hesab verməli anda qaçıb məhkəmədən gizlənir. Hanı onun məhkəmədən qabaq at oynatdığı günləri, bilmirdi ki, axsax ata minib çapanda at onu çox dərin çuxurlara sala bilər".

Qeyd edək ki, Afaq Aslan Aytac haqqında "Şər atmıram Aytac lezbiyandır. Mən olan yerdə o deşik axtarır girməyə. Afaqın olmadığı yerdə isə şirə dönür. Məhkəməyə müraciət etsə bu o deməkdir ki, mənim qarşıma çıxmalıdır. Buna isə cəsarəti çatmaz" sözlərini işlədib.

Bütün xəbərlər Facebook səhifəmizdə