Emin Ağalarovdan təqdirəlayiq addım

Emin Ağalarovdan təqdirəlayiq addım

Müğənni Emin Ağalarov Bakıda baş vermiş yanğınla bağlı təqdirə layiq addım atacaq. SİA-nın verdiyi xəbərə görə, ifaçı "İnstaqram" hesabında gələn ay keçiriləcək konsertindən gələn gəlirlərin dünyasını dəyişənlərin ailəsinə veriləcəyini yazıb:"Dəhşətli faciədir. Həlak olanların ailəsinə başsağlığı verirəm. İyulun 16-da Yaşıl Teatrda xeyriyyə xarakterli konsertim olacaq. Konsertdən gələn gəlirlər yanğında həlak olanların ailəsinə veriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə