ATV telekanalında yayımlanan "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyeva yenə hər kəsin qınaq obyektinə çevrilib. SİA-nın verdiyi xəbərə görə, o, Bakıdakı yanğın haqqında "danışaraq" insanları əsəbləşdirib. Aparıcının yanğın haqqındakı çıxışı, hətta sosial şəbəkələrdə müzakirəyə çevrilib: "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi".
Qeyd edək ki, rəsmi məlumatlara görə, Binəqədi rayonunda 16 mərtəbəli binadakı yanğında 15 nəfər ölüb, 50 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB