Türkiyənin opera ifaçısı Oya Ergün mayın 22-də verəcəyi konsertini dünən Bakının Binəqədi rayonunda baş vermiş faciə ilə əlaqədar olaraq təxirə salınıb. Bu barədə SİA-ya ifaçının özü açıqlama verib: "Baş vermiş yanğın hadisəsi ilə bağlı konsertimi təxirə saldım. Çox ağır itkidir. Sözlərlə ifadə olunmayan acıdır. Əziz Azərbaycan xalqı, Bakıda baş verən yanğın hadisəsi ilə bağlı öz dərin kədərimi bildirir, hadisə nəticəsində həyatını itirən qardaş və bacılarımıza Allahdan rəhmət, yaxınlarına səbir, yaralılara isə şəfa diləyirəm. Ən dəhşətlisi yanğında olanların arasında azyaşlı uşaqların da olması acımızı ikiqat çoxaldır. Allahın rəhminə sığınaraq, geridə qalan yaralıların sağalmasını diləyirəm".
Qeyd edək ki, Oya Ergünün konsertinin may ayının 22-də saat 20:00-da Bakı Alman mədəniyyət evində keçirməsi palanlaşdırılırdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB