İfaçı ayaqlarını nümayiş etdirərək, uşaqları sevindirdi

İfaçı ayaqlarını nümayiş etdirərək, uşaqları sevindirdi

Türkiyədə yaşayan müğənni İradə İbrahimova "Without shoes" – "Ayaqqabısız bir gün" aksiyasına qoşulub. SİA-nın verdiyi xəbərə görə, sənətçi "İnstaqram"da ayaqyalın fotosunu paylaşanlar sırasına qoşulub və bu sözləri yazıb: "Aksiya 3 gün sonra bitir. İstədim ki, mənim də bu işdə bir payım olsun. Ehtiyacı olan uşağı sevindirmək savabdır. Hər bir şəxsin bu aksiyaya qoşulmaq hüququ var".

Qeyd edək ki, "Toms" markası hər bir paylaşmanın müqabilində bir kimsəsiz uşağı ayaqqabı ilə təmin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə