Aytac Vidadiqızının mahnısı oğurluq çıxdı

Aytac Vidadiqızının mahnısı oğurluq çıxdı

Müğənni Aytac Vidadiqızının son təqdim etdiyi "Sevirəm" adlı mahnısının ətrafında qalmaqal yaşanıb. Müğənnini mahnı oğurluğunda ittiham ediblər. Məsələ ilə əlaqədar olaraq ifaçı SİA-ya açıqlama verib: "Mən deməmişəm ki, mahnının musiqisi mənə aiddir. İfa etdiyim "Sevirəm" adlı mahnının sözlərinin müəllifiyəm. Düzdür, mahnının xarici bəstə olduğunu da deməmişəm. Sadəcə ifa edib tamaşaçıların ixtiyarına buraxdım. Mahnıya o qədər vurulmuşdum ki, onu özəlləşdirmək istədim. İfamda da ürəkdən oxuduğum açıq-aydın hiss olunur. Mahnının müəllifi Hakim adı ilə məşhur olan Mərakeş və İspan müğənnisi Abdelhakim Bouromanedir. Mahnıda olan pop musiqinin flamenko və ərəb ritmləri ilə sintezi mənə tamam ayrı həzz yaşatdı".

Aytac Vidadiqızı mahnını təqdim edərkən bu nüansı gizlətməsinə aydınlıq verib: "Mahnı o qədər gözəldir ki, istəmədim ifama qulaq asan dinləyicinin fikri başqa yerə yönəlsin. İstədim sırf məni, yaşadığım hissləri yaşaya bilsinlər. Bu səbəbdən mahnının musiqisinin müəllifini açıqlamadım".

Bütün xəbərlər Facebook səhifəmizdə