Mayın 24-də "Ulduzların həmrəyliyi" adlı xeyriyyə tədbiri keçiriləcək. SİA-ya bu haqda tədbirin təşkilatçısı rejissor Nail Naiboğlu məlumat verib: "Mərasimdən əldə olunacaq gəlirin 6 yaşlı uşağın əməliyyatına xərclənəcək. Ülvi anadangəlmə lal və kardır. Təcili beyindaxili əməliyyat olunmalıdır. Sözügedən tədbirdə lazım olan məbləği toplamağa çalışacağıq. Bununla bağlı sənət aləminin tanınmış simalarını bir araya yığıb, konsert təşkil edəcəm. Xeyriyyə aksiyasına müğənnilərlə yanaşı dövlət, incəsənət xadimləri, aparıcılar da qatılacaq".
Qeyd edək ki, "Ulduzların həmrəyliyi" adlı konsert saat 15:00-da Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB