Ölkəmizdə keçiriləcək "Bakı-2015" ilk Avropa Oyunları zamanı Azərbaycana gələn xarici turistlərin üz tutacağı əsas yerlər istirahət mərkəzləri olacaq. Belə ki, əcnəbi qonaqlar əylənmək üçün "Park Bulvar" AVM çoxmərtəbəli ticarət və istirahət mərkəzinə də üz tutacaq. SİA-ya açıqlama verən "Park Bulvar" AVM-in PR meneceri Günay Malikqızı "Park Bulvar" AVM- də "Bakı-2015" ilk Avropa Oyunları üçün tez-tez əyləncə xarakteri daşıyan tədbirlərin keçiriləcəyini bildirib: " "Bakı 2015" Avropa Oyunlarının birinci bilet satış məntəqəsinin açılışı da məhz "Park Bulvar" AVM-də baş tutub. "Park Bulvar" AVM-də birinci Avropa Oyunlarının ulduz elçiləri Cabir İmanov, Eldar Qasımov, Bəhram Bağırzadə və Nuran Hüseynovun iştirakı ilə məntəqələrdə bilet satışı başlayıb. Ölkəmizin bu möhtəşəm yarışmaya hazırlaşdığı bir zamanda, "Park Bulvar" AVM-də bir sıra tədbirlər görür. Bu möhtəşəm idman bayramına biletlər satılır. Vətəndaşlarımızın və qonaq gələcək turistlərin rahatlığını nəzərə alaraq, mühafizə və təmizlik xidmətimiz gücləndirilmiş iş rejiminə keçib. Avropa Oyunları zamanı demək olar ki, hər gün xüsusi əyləncəli tədbirlər keçirməyi planlaşdırırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB