Aparıcının növbəti bacarığı üzə çıxdı

Aparıcının növbəti bacarığı üzə çıxdı

Aparıcı Vüsalə Əlizadənin növbəti bacarığı üzə çıxıb. SİA-nın verdiyi xəbərə görə, Vüsalə bundan sonra özünü aktrisa kimi də sınayacaq. Aparıcı "Bacanaqlar" serialında rol alıb. V.Əlizadə ekran işində Dilbər xanım obrazını canlandırır.

Aparıcının eyni zamanda uzun müddətdir anonsları yayımlanan "Qadına görə" verilişinin yayım günü bəlli olub. Belə ki, Vüsalənin yeni verilişi mayın 15-dən etibarən hər həftənin cümə günü saat 12:00-da ATV-də efirə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə