İyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsert Heydər Əliyev Sarayının təşkilatçılığı ilə baş tutacaq. "Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz və cəmiyyətin gələcəyidir" devizi altında baş tutacaq konsertdə "Aysel", "Zirvə", "Natiq" rəqs qrupları, "Mehriban", "Cücələrim" vokal qruplarının iştirakı ilə milli, müasir rəqslər və rəngarəng çıxışlar nəzərdə tutulub. Saat 13:00-da başlayacaq konsertin biletləri 10-30 manat arasında satışa çıxarılıb. Biletləri şəhərin kassalarından əldə edə bilərsiz.
Qeyd edək ki, adəti üzrə bu bayram konsertinə də, sarayın rəhbərliyi tərəfindən xüsusi qayğıya ehtiyacı olan kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB