Müğənni Səidə Sultanın prodüseri Hamlet Elxan oğlu Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. SİA-ya məsələ ilə bağlı sənətçi məlumat verib: "Hamletlə işbirliyimiz 2 ay bundan öncə bitib. Özü məndən ayrıldı. Mən də Sayqa Cahidlə bir araya gəldim. Sonra yenidən mənə zəng açıb söylədi ki, gəl yenidən çalışaq. Amma Sayqa ilə işlədiyimə görə təklifini qəbul edə bilmədim. Hamletin mənə heç bir pisliyi dəyməyib. Yaxşı adam olub. Deyilənlərə görə, ölümünə səbəb borcları idi. Amma mən Hamletin borclarına görə öldürüldüyünə inanmıram. Yəqin gecə vaxtı evinə gedərkən kimsə ona artıq söz deyib və münaqişə yaranıb. Çünki hazırda bir çox gənc üzərində bıçaq daşıyır. Onu da deyim ki, hələ ki, mərhumun yas mərasiminə getməmişəm. Buna səbəb işlərimin çox olmasıdır. Ancaq tezliklə Hamletin yas mərasiminə qatılacam".
Qeyd edək ki, 1987-ci il təvəllüdlü Hamlet Elxan oğlu Cahangirov 7 bıçaq xəsarətindən dünyasını dəyişib. Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsi, 26-cı Polis Bölməsi (PB) və rayon prokurorluğuna məlumat verilib. 26-cı PB-si əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat tədbirləri nəticəsində hadisənin üstünü "isti izlərlə" açmaq mümkün olub. Belə ki, cinayəti törətməkdə şübhəli bilinən Səbail rayon sakinləri Mirzəyev Yusif Cavanşir oğlu, Həsənov Sahib Telman oğlu və Şahbazov Fərid Çingiz oğlu saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir. Hadisənin təfərrüatları istintaq araşdırmalarından sonra məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB