1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə uşaqlar və tanınan müğənnilərin ifalarından ibarət "Bu mənəm 2" adlı albom işıq üzü görüb. SİA-nın verdiyi xəbərə görə, layihədə uşaqlara müğənnilər Tüznalə Ağayeva (əməkdar artist), Lalə Məmmədova (əməkdar artist), Gülnaz İsmayılova (əməkdar artist), Eldar Qasımov, Samira Allahverdi, Rəşad İlyasov, Təranə Mahmudova, Zamiq Hüseynov, Günay İbrahimli, Abdül Xalid, Əkbər və Gülnarə Rəhman dəstək olub. "Bu mənəm 2" layihəsinin məqsədi uşaq mahnılarının təbliği və istedadlı uşaqlara dəstək olmaqdır. Konsertə tanınmış mədəniyyət və ictimai xadimlər, tanınan simalar qonaq qismində iştirak edəcəklər.
Qeyd edək ki, alboma daxil olan yeni mahnılardır. Mahnıların musiqisi layihə rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirli, sözləri isə Ruhiyyə Rüstəmova tərəfindən yazılmışdır. Azərbaycanı "Uşaq – Avroviziya" müsabiqəsində təmsil edən uşaqlar, həmçinin bir çox yerli və beynəlxalq müsabiqələrin qalibləri tərəfindən ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB