Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan zalında "Ad Libitum" adlı solo konsert keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsertdə Üzeyir Hacıbəyli adına Musiqi Akademiyasının 3-cü kurs tələbələri Aysel Əliyeva və Lalə Məhərrəmova çıxış edib. Gənc pianoçular arfa və fortepianoda ifa ediblər.
Proqramda L. V. Bethovenin "Balaca pyes", Yann Tiersonun "Mother", A. Tansmanın "Aria və Srezko" əsərləri səslənib. Həmçinin digər Avropa bəstəkarlarının əsərləri də ifa olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB