Azisin konsertinə bilet bitdi!

Xəbər verdiyimiz kimi, məşhur müğənni Azis paytaxtımızın qonağı olacaq. SİA-ya açıqlama verən konsertin təşkilatçısı Samir Xəttab gecəyə biletlərin bitdiyini deyib: "Azisin konsertinə biletlər qurtardı. Yenidən çox az sayda bilet əlavə etməli olduq. Satışa çıxarılan biletlərin sayı çox azdır. Bilet alanların əksəriyyəti xanımlar və gənc ailələrdir. İlk konsertdir ki, biletlər şəxsiyyət vəsiqəsi ilə satılır. Hər kəsin tam rahat istirahət etməsi üçün belə bir addım atılıb".

Qeyd edək ki, konsert iyul ayının 25-də, 20:00-da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə