Müğənni Elvin Abdullayev yenilik edəcək. SİA-ya açıqlama verən sənətçi yeni mahnı bəstələdiyini deyib: "Müğənnilik sevdiyim sənətdir. Bu peşəyə hörmət edirəm. Bəstəkarlığı da musiqiyə, incəsənətə olan sevgimdən edirəm. Yeni mahnılarım var. Bu dəfə xalq artistlərimizdən birinə bəstə yazmışam. Hələ ki, adını açıqlamaq istəmirəm. Sözlərini özü təklif edib. Həmin xalq artisti sənətdə sözünü demiş ifaçıdır. Birgə hazırladığımız mahnını tezliklə ixtiyarınıza verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB