Tanınmış müğənni Sevda Yahyayevadan yeni xəbər var. Son zamanlar şou-biznesin qalmaqallarından uzaqlaşıb, yaradıcılıq işləri ilə məşğul olan ifaçı yeni mahnısını sevənlərinə təqdim edib. "İlk addım" adlanan mahnının musiqisi Muxtar Abhuseynova, sözləri Nicat Zeynallıya məxsusdur. Müğənni yeni mahnısı haqda SİA-ya açıqlama verib: "İnşallah bu il bir çox yeniliklərimiz olacaq. Çünki bir neçə uğurlu mahnı üzərində çalışırıq. Elə bunlardan biri də, "İlk addım" oldu. Mahnı estrada janrındadır, bir müddət sonra radiolarda, həm də "Youtube" kanalımda dinləyə bilərsiniz. Bir neçə ay ərzində başqa yeni mahnılarımı da təqdim edəcəm. Mahnıdan istədiyim uğuru əldə edə bilsəm, klip çəkdirməyi düşünürəm. Sadəcə bizdə kliplərə maraq azalıb. Həm də klip çəkdirdim, hansı kanalda, hansı verilişdə bu klipi nümayiş etdirim? Müğənni bir klipə pul qoyur, zəhmət çəkir, lakin kimsə yayımlamır. Fikrimcə, Azərbaycanda klip çəkdirmək, artıq xərcdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB