Şou-biznesdə toy xəbəri

Bəstəkar Ruslan Əhmədoğludan xoş xəbər var. SİA-ya açıqlama verən bəstəkar özünə vağzalı çaldıracağını deyib: "Sevib-seçdiyim Elmina adlı xanımla ailə quracam. Toyum may ayının 2-də məkanların birində baş tutacaq. El şənliyimə ailəmlə yanaşı sənət dostlarım da təşrif buyuracaq. Belə ki, xoş günümdə şou-biznes nümayəndələrindən Kamil Cəfərov, Sevil Sevinc bacıları, Elvin Abdullayev, Babək Niftəliyev, Aytac Vidadiqızı, İlahə İbadova, Pərvin Lətifov və digərləri iştirak edəcək".

Allah xoşbəxt eləsin!

Bütün xəbərlər Facebook səhifəmizdə