Fasilə vermədən çalışan ifaçıdan xəbər var

Fasilə vermədən çalışan ifaçıdan xəbər var

Müğənni Rəksanə İsmayılova dayanmadan çalışır. SİA-ya açıqlama verən ifaçı yeni mahnı üzərində işlədiyini deyib: "Bu aralar fasilə vermədən mahnılar yazdırıram. Hazırda da yeni bəstə üzərində çalışıram. Belə ki, sözləri Altay Yaşara, musiqisi mənə aid olan mahnı hazırlayıram. Bəstə "Sən hardasan orada mənim evimdir" adlanır. Mahnı tezliklə işıq üzü görəcək. İnanıram ki, bəstə uğurlu olacaq və dinləyicilərim tərəfindən bəyəniləcək".

Qeyd edək ki, xanım ifaçı tezliklə albom da çıxaracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə