İfaçı mərhum prokurora mahnı həsr etdi

İfaçı mərhum prokurora mahnı həsr etdi

"Xalq ulduzu" yarışmasının sevilən iştirakçısı Kamil Cəfərov mərhum prokuror Əhməd Həsənovun şeirinə bəstələnmiş mahnı oxuyub. SİA-nın verdiyi xəbərə görə, bəstə "Xatirələr" adlanır. Sözləri mərhum prokurorun özünə, musiqisi isə onun övladı Ruslan Əhmədoğluna, aranjimanı isə Rasim Məmmədovundur.

Qeyd edək ki, Ə.Həsənov 2009-ci ildə faciəvi şəkildə yol qəzasında dünyasını dəyişib. Mərhum vaxtı ilə Xocalı, Lerik, sonuncu dəfə isə Qaxda prokuror vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə