Bu gün məşhur bəstəkarlar Leyli İsrafilova və Hakan Erol cütlüyünün evliliklərinin 1 ili tamam olur. Bu haqda SİA-ya danışan Leyli həyat yoldaşı barədə etiraflar edib: "Bu gün toyumuzun birinci ilidir. Allah ömür boyu Hakan Erolla birgə yaşamağı mənə nəsib etsin. O, mənim atam, qardaşım, dostum, yol yoldaşım, sirdaşım, sevgilimdir. Nə vaxtsa çətinliyə düşsəm, ondan başqa güvənə biləcəyim insan yoxdur. Onunla ac-susuz küçələrdə yaşayaram. Əsas odur ki, ürəyimiz bir olsun. Allah bizim bütün arzularımızı həyata keçirsin. Yaxşı ki, var. O gün olsun iki yox, üç nəfər olaq. Səni sevirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB