"Kiçik gəlin" serialının baş rol aktyorlarından olan, bir neçə gün əvvəl atasını öldürən türk aktyoru Orxan Şimşək baş verənlər haqda danışıb. SİA-nın verdiyi xəbərə görə, o, illərdir atası ilə yola getmədiyini, atasının ona hər zaman xor baxdığını deyib: "İki il əvvəl atamın İstanbuldakı evində qalanda dözə bilməyib üstünə bıçaq çəkdim. Özünü pəncərədən atdı. Həmişə şəxsi həyatıma qarışırdı. Qardaşımı da mənə qarşı öyrədirdi. Məni polisə şikayət etdi və bugünkü bipolyar pozuntuya (depressiv psixoloji xəstəlik) tutuldum. Məşhurluq imicimi zədələyirdi. Yenə atamdır deyib səsimi çıxartmadım. 25 gün xəstəxanada yatdım. Dindar deyildi, amma özünü ətrafa elə təqdim edirdi. Ona dedim ki, səni Adıyamana dinin doğru ibadət üsulunu göstərməyə aparacağam. O da qəbul etdi. Yolda sanki kimsə qulağıma "atanı öldür, sonra gəl" dedi. Bir tarlada dayandıq. Fürsət tapıb bıçağı boğazına dirədim. "Üzr istəyirəm, oğlum" deyincə fikrimdən daşındım. Amma əlimi dişlədiyi üçün əsəbləşdim və öldürdüm. Daha sonra yaxınlıqdakı çayda dəstəmaz alıb, polisə təslim oldum".
Qeyd edək ki, aktyorun ifadəsi zamanı iki tələbi olub. Ya edam olunmaq, ya da tək adamlıq kamerada yataraq müalicə almaq istəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB