Ayandan fərqli addım

Müğənni Ayan Babakişiyevadan yeni xəbər var. SİA-ya açıqlama verən ifaçının mətbuat katibi Ayanın yeni mahnı üzərində çalışdığını deyib: "Hər zaman dinləyicilərini yeni mahnıları ilə sevindirən Ayan xanım daha bir ilkə imza atacaq. Belə ki, sözləri və musiqisi həmkarı Elçin Cəfərova məxsus "Bildi sevdiyimi" adlı yeni bəstəsini yaxın günlərdə dinləyicilərə təqdim ediləcək. Mahnı dinamik, yaz və yayın hiti olmağa iddialıdır. Repertuarında fərqlənən yeni mahnının ekran həllini düşünən Ayan xanım onu peşəkar komandanın iştirakı ilə klip çəkdirməyə qərar verib".

Bütün xəbərlər Facebook səhifəmizdə