Rejissor Nail Naiboğlunun xeyli müddətdir üzərində işlədiyi "Biznesmen" filmi artıq hazırdır. SİA-nın verdiyi xəbərə görə, ekran işinin artıq anonsu hazırdır. Film aprel ayında Nizami Kino Mərkəzində təqdim olunacaq.
Qeyd edək ki, "Biznesmen" filmi Ramiz Abdullayevin əsəri əsasında çəkilən eyniadlı bədii kino komediya janrındadır. Filmdə baş rolları xalq artisti Arif Quliyev, aparıcılar Anar Nəcəfli, Kamran Quliyev, modelyer Fəxriyyə Xələfova, reper Qurd, aktrisa Xuraman Əlizadə, aktyor Natiq Fərzəliyev, idmançı Həsən Həsənov və başqaları canlandırıb.
Sözügedən filmin anonsunu təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB