Xalq artisti Səməd Səmədov yeniliklərindən söz açıb. SİA-ya açıqlama verən ifaçı həmkarı Flora Kərimova ilə duet oxuduğunu deyib: "Yaradıcılıq işlərimi fasilə vermədən davam etdirirəm. Hər il ifa etdiyim yeni mahnıdan ən azı ikisi hit olur. 2015-ci il başlayandan yeni mahnılar lentə aldırmışam. Onlar arasında Flora Kərimova ilə ifa etdiyim duet də var. Mahnı 6-8 ritmdədir. Bu, Flora xanımın repertuarında bir yenilikdir. Həmin dueti bir neçə günə dinləyicilərin ixtiyarına verəcəyik. Bundan əlavə hazırda bütün diqqətimi həyata keçirəcəyim layihəyə yönəltmişəm. Bunun üçün müxtəlif obrazlarda fotosessiya da etdirmişəm".
Həmin fotosessiyanı təqdim edirik:
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB