İbrahim Tatlısəs komadan çıxdı

İbrahim Tatlısəs komadan çıxdı

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs komadan çıxıb. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, ABŞ-da beyin əməliyyatı keçirən müğənni 6 günlük komadan sonra gözlərini açıb.

Mayamidə bir xəstəxanada əməliyyat olunan məşhur müğənninin səhhəti haqqında meneceri Eyüp Kanat açıqlama verib. O, sənətçinin gözlərini açdığını, lakin vəziyyətinin yaxşı olamdığını deyib: "İbrahim bəy oyandı, amma ağrısı çox olduğu üçün həkimlər onu dərmanla yatırırlar. Bir neçə günə bu dərmanlar da tamamilə dayandırılacaq. Beyin funksiyaları yaxşıdır. Qorxulu heç bir şey yoxdur. Ən çox bir aylıq müalicə müddəti nəzərdə tutulub".

Qeyd edək ki, həkimlər İbrahim Tatlısəsin beynindəki şişi tədricən azaltmaq üçün onu yatırtmaq yolunu seçiblər. Tatlısəs hazırda dərmanlar qəbul edir və müalicəsi davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə