Müğənni evində ölü tapıldı

Türkiyənin tanınmış sənətçisi Erol Büyükburç dünyasını dəyişib. SİA-nın verdiyi xəbərə görə, sənətçi evində ölü tapılıb. İfaçının hansı səbəbdən öldüyü hazırda polislər tərəfindən araşdırılır.

Qeyd edək ki, 79 yaşlı E.Büyükburç müğənniliklə yanaşı, bir sıra filmlərdə aktyor kimi də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə