Uzun müddətdir ortalarda görünməyən Ebru Gündeşin həyat yoldaşı azərbaycanlı iş adamı Rza Zərrab ötən gün Bəbəktə obyektivlərə tuş gəlib.
SİA-nın türk mətbuatına istinadən məlumatına görə, can güdənləri ilə sahilə gələn Rza Zərrabın bir xeyli kilo verdiyi görülüb. Bu səbəbdən yürüyüşə çıxan Rza Zərrabı yolda görənlər tanımayıb. Sport kostyumu ilə səhər idmanına çıxan məşhur iş adamını qorumaları təqib edib. Gedişini sahil Emirganda sonlandıran Zərraba yol boyunca üç qoruma yoldaşlıq edərkən, digər iki qoruma da ətrafa nəzarət edib.
Qeyd edək ki, bir müddət öncə Rza Zərrab türkiyəli nazir övladlarının vasitəsi ilə Türkiyə vətəndaşı olmayan şəxslərə rüşvət müqabilində vətəndaşlıq verilməsini həyata keçirməkdə, saxta sənədlər düzəltməkdə və bundan başqa şübhəli pul köçürmələrində ittiham olunaraq həbs olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB