Oya Ergün Azərbaycan qadınlarını təbrik etdi FOTOLAR

Oya Ergün Azərbaycan qadınlarını təbrik etdi FOTOLAR

Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış türk opera ifaçısı Oya Ergünün Azərbaycan qadınlarına həsr etdiyi konsert proqramı baş tutub. SİA-nın verdiyi xəbərə görə, Bakıda bir çox konsert proqramı ilə çıxış edən Oya xanımı bu musiqili gecəsində Azərbaycanlı orkestr müşayət edib.

Oya Ergün Rəşid Behbudovun repertuarından olan mahnıları səlis ifa edərək tamaşaçılarının könlünü oxşayıb.

Belə ki, ifaçı "Gecələr", "Ayrılıq", "Nazəndə sevgilim", "Reyhan", "Lalələr" və digər türk, Avropa operalarına yer ayırıb. Bundan əlavə Oya Ergün slayd şəkildə R.Behbduovun lent yazısında səsləndirdiyi "Sənə də qalmaz" mahnısını duet şəklində ifa edib. Duetdən sonra isə O.Ergünün R.Behbudovun sevimli mahnılarından olan "Sevgilim" mahnısına çəkdirdiyi klip nümayiş olunub.

Oya xanıma sənət yoldaşı Ülvi Qılıncda mahnıları ilə konsert proqramına rənagərənglik qatıb. Konsertin sonunda Oya Ergünlə Ülvi Qılıncın "Səni arzularam" mahnısını duet şəklində səsləndirib.

Qeyd edək ki, aparıcı Lətafət Ələkbərovanın apardığı tədbirdə, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, ifaçı Bəyimxanım Vəliyeva, Rəşad İlyasov şairə, filologiya elmləri namizədi Sona Vəliyeva və digər ictimai xadimlər iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə