Əbdül Xalid mətbuata nələri təqdim etdi? FOTOLAR

Əbdül Xalid mətbuata nələri təqdim etdi? FOTOLAR

Bu gün müğənni Əbdül Xalid "Can yoldaşım" albomunu və "Doğum günü" adlı klipini media mənsublarına təqdim edib. SİA-nın verdiyi xəbərə görə, onu bu xoş günündə şou-biznesin tanınmış simaları tək qoymayıb. Belə ki, onlardan müğənni Emil Bədəlov, "Cahan" qrupu, prodüser Təranə Səmədova, teleaparıcı Samir Bayramlı, meyxanaçı Sadıx və digərləri təşrif buyurub.

Tədbiri giriş sözü ilə açan teleaparıcı Samir Bayramlı klip və albom haqqında ətraflı məlumat verib: " "Doğum günü" ekran işinin ideya müəllifi mənə məxsusdur. Rejissoru isə Sənandır. Klip sadə çəkilib. Albom barədə də deyim ki, 16 mahnıdan ibarətdir. Xalid 7 ildən sonra bu diski ərsəyə gətirərək uğur qazanacağına əmindir. Mahnılar Türkiyədə aranjiman olunub".

Mərasimdə səbəbkarın özüdə söz alaraq ona bu işdə kömək olan hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, tədbirin sonunda jurnalistlərin sualları cavablandırılaraq, tort da kəsilib.

Fotolar müəllifə məxsusdur:

Bütün xəbərlər Facebook səhifəmizdə