Efirlərdən uzaq düşən, başı toylara qarışan müğənni Elçin Hüseynovdan xəbər var. SİA-ya açıqlama verən ifaçı televiziya məkanlarında görünməməsinin səbəbini açıqlayıb: "Hər zaman insanlarımız sual verirlər ki, niyə şou tipli verilişlərdə yoxam. Buna səbəb tez-tez efir məkanlarında görünmək istəməməyimdir. İldə bir dəfə yeni işimlə dinləyicilərimin qarşısına çıxıram. Artıq 15-20 ildir ki, bu ənənəyə sadiqəm. Onda daha yaxşı olur. Televiziya məkanlarına hər an çıxıb, özümü reklam etmək fikrim yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB