Məşhur təşkilatçı: “Peşman olmuşam" MÜSAHİBƏ

Məşhur təşkilatçı: “Peşman olmuşam" MÜSAHİBƏ

Hər il fərqli mükafatlarla müxtəlif sahələrin uğurlu insanlarını təltif edən təşkilatçı Sədaqət Rəşidqızı 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları sevindirəcək. "Qadın və uşaq problemlərinin araşdırılması" və III Sektor İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək mərasim 6 mart tarixində baş tutacaq.

- Sədaqət xanım uzun illərdir bu sahədəsiniz. Hər peşənin özünəməxsus adamını mükafatlandırırsınız. Hansı tədbirləri keçirmisiniz?

- Mən 14 ildir təşkilatçıyam. Mükafatları isə 10 ilə yaxındır təqdim edirəm. Azərbaycanda konsertlər təşkil edən ilk xanımlardanam. Bu illər ərzində isə "Persona, "İlin hit mahnısı", "Uğur zirvəsi", "Mətbuatın dostu" , "İlin işğüzar xanımı" və s.

- Heç olubmu ki, mükafatı verib sonradan o adam buna layiq deyil deyə düşünmüsünüz?

- Əslində mükafatın təşkilatçısı mənəm, amma kimi mükafatlandırmaq lazımdırsa o işlədiyim təşkilatın öhdəsinə düşür. Sadəcə mənim də dəstəklədiyim namizədlər olub. Çox nadir hallarda kimisə dəstəklədiyim üçün peşman olmuşam. Tədbirdə maraqlı əhvalatlar olub. Bir neçə dəfə səhnədən düşərkən yıxılma hallardı baş verib. Ancaq mən heç nə olmamış kimi tədbiri davam etdirmişəm.

- Bir neçə gündən sonra keçiriləcək "İlin işgüzar xanımı" mükafatlandırma mərasimində xanımlara nə vəd edirsiniz?

- 6 mart tarixində baş tutacaq mükafatlandırma mərasimində 150-yə yaxın qonağın iştirak edəcəyi nəzərdə tutulub. 30-dan çox xanım "İLİN İŞGÜZAR XANIMI" Müstəqil Milli Mükafatına layiq görüləcək. Maraqli, gecə, xoş ovqat, yüksək əhval-ruhiyyə və ötən il çəkdikləro zəhmətin layiqli bəhrəsini alacaq xanımlarımız.

- Tədbir 8 marta təsadüf edir, xanımlara özəl hədiyyəniz olacaqmı?

-Təbii ki, her il olduğu kimi bu il də mükafatlandırılan hər bir xanım özəl hədiyyə alacaq. Buna isə baş sponsorumuz ( "Davines" şirkəti) baxacaq. Bir də, hər zaman olduğu kimi sonda lotareya keçiriləcək. Orda müxtəlif çeşidli hədiyyələrimiz veriləcək. Yeri gəlmişkən onu da vurğulayım ki, məhz "İlin işgüzar xanımı" mənim keçirdiyim ən sevdiyim mükafatdır. Xanımların çöhrəsində təbəssüm görmək mənim üçün böyük bir bayramdır.

Bütün xəbərlər Facebook səhifəmizdə