Müğənni Sevinc Ağaşirinovadan yeni xəbər var. SİA-ya açıqlama verən ifaçı yeni mahnı üzərində çalışdığını deyib: "Növbəti bəstə yazdırıram. Mahnı "Məni balamdan ayırmayın" adlanır. Bu dəfə də "Dostlar" qrupunun solisti Əhmədə müraciət etdim. Belə ki, bəstənin musiqisi Əhmədə aiddir. İnanıram ki, uğurlu mahnı olacaq və dinləyicilər tərəfindən bəyəniləcək. Əgər sevilərsə, bu bəstəyə də klip çəkdirəcəm. Mahnı tezliklə dinləyicilərin ixtiyarına veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB