“Ay Brilliant”ın qala gecəsi keçirildi

“Ay Brilliant”ın qala gecəsi keçirildi

Heydər Əliyev Sarayında "Ay Brilliant" komediya filminin təqdimatı baş tutub. SİA-nın verdiyi xəbərə görə, ilk olaraq aparıcı-aktyor İlkin Həsəni səhnəyə çıxaraq hər kəsə təşəkkür edib və filmin tamaşaçılar tərəfindən bəyəniləcəyini söyləyib.

Filmin ssenari müəllifi və rejissoru Kənan M.M.-dir. Ekran işi "Bozbash pictures" komandası tərəfindən ərsəyə gətirilib. Yaradıcı heyətdə aktyorlar Şamil Süleymanlı, İlkin Həsəni, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşəliyev, Ramil Babayev, Şəhanə Yusifova, Pərvin Abıyeva və başqaları yer alıblar.

Qeyd edək ki, "Ay Brilliant" bu gündən etibarən şəhərin bütün kinoteatrlarında nümayişə başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə