Müğənni Vüsalə Rəcova şəxsi həyatından söz açıb. SİA-ya bu haqda ifaçının özü açıqlama verib: "Ətrafımdakı insanların sevərək ailə həyatı qurduğunu, sonradan kənar müdaxilələr nəticəsində o sevginin puç olduğunu görəndə, qərar verməyə tələsmirəm. Mən Qafuru hər tərəfli sınayıb, tanımağa çalışıram. Hələki münasibətimizə xələl gətirən yoxdur. Amma heç kim heç nədən sığortalanmayıb. Hər bir addımımı düşünərək atıram. Onu da deyim ki, ailə qurduqdan sonra uşaq ailənin möhkəmlənməsində vacib rol oynayır. Gənc ailələrə bu sevinci yaşamağı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB