Şou-biznes nümayəndələri Xocalı faciəsi haqda danışdı SORĞU-FOTOLAR

Şou-biznes nümayəndələri Xocalı faciəsi haqda danışdı SORĞU-FOTOLAR

Bu gün 26 Fevral Xocalı soyqırımı günüdür. SİA bu günlə əlaqədar olaraq şou-biznes nümayəndələrinin münasibətini öyrənib:

Xalq artisti Flora Kərimova: "Bu gün Azərbaycan xalqı üçün ağır gündür. Odur ki, 26 Fevral günü konsertlərə və toylara getmirəm".

Xalq artisti Səməd Səmədov: "Bu gün 26 Fevral Xocalı soyqırımı günüdür. Bu gün haqda övladlarımıza və nəvələrimizə danışmalıyıq. O, gün olsun ki, işğal olunmuş torpaqlarımızı geri qaytaraq. Orada konsertlər verək. İnanıram ki, tezliklə Xocalıya qayıdacağıq".

Əməkdar artist Baloğlan Əşrəfov: "26 Fevral Xocalı faciəsində qırılan insanlar yaddaşımızdan silinə bilməz. Bu gün bizim üçün kədərdir. 26 Fevral Xocalı faciəsi ilə bağlı bir çox kinolar və tamaşalar hazırlanıb. Onu da deyim ki, bu gün heç bir el şənliyinə, ölkəmizdən kənarda təşkil olunan konsertlərə getmirəm. Çünki 26 Fevral tarixi bizim yaddaşımızda dərd günü olaraq qalıb".

Əməkdar artist Firuzə İbadova: "26 Fevral Xocalı facisəi günü bizim qanlı tariximizdir. Orada öldürülən körpə uşaqları görəndə əzab çəkirəm. Günahsız uşaqları qətlə yetirən insanları parçalayardım. Fikrimcə belə soyqırımı heç bir ölkədə olmayıb. Odur ki, bu gün biz matəm saxlayıb, toylardan və konsertlərdən imtina etməliyik. Bu gün el şənliklərində oxuyan ifaçıları azərbaycanlı hesab etmirəm".

Müğənni Manaf Ağayev: "26 Fevral faciəvi gündür. Hər kəs matəm içindədir. Xocalı faciəsi kimi ağır günümüz Azərbaycan tarixində ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə