Sevinc Tofiqqızı: “Xocalı Fəryadı” FOTOLAR

Sevinc Tofiqqızı: “Xocalı Fəryadı” FOTOLAR

Bəstəkar Sevinc Tofiqqızı Xocalı Soyqırımının 23-cü ildönümü ilə əlaqədar, Xocalı şəhidlərinin əzizi xatirəsinə həsr etdiyi kompazisyasına çəkdirdiyi klipin təqdimatını edib. SİA-nın verdiyi xəbərə görə, təbirdə çıxış edən Sevinc Tofiqqızı ekran işi haqqında ətraflı məlumat verib: "Xocalı Fəryadı"adlı kompozisiyamı Xocalı şəhidlərinə həsr etdim və klip çəkdirdim. Bir bəstəkar kimi bu işi görmək mənim borcum idi. Ekran işinin rejissoru Əziz Orucov, aranjimanı isə Osman Həmidovdur. Mənim üçün çox ağır olsada, bu klipdə rol aldım və Xocalının o, ağrı günlərini yaşamış kimi oldum. Ekran işində mənimlə bərabər balaca Nərmin İmamquliyeva da çəkildi".

Qeyd edək ki, mərasimdə Xocalıda validenlərinin itirmiş uşaqlar, Şuşa İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağlıq Qarabağ İcmanın İdarə heyyətinin üzvləri, Şuşa Rayon İcra aparatının məhsul işçiləri, Gəncliyə Yardım Fondunun vitse prezidenti Salman Əliyev, xalq artisti Flora Kərimova, şairə İradə Alili, Milli məclisin sosial siyasət komitəsinin səhiyyə və idman üzrə eksperti Vüqar Ferzizadə, şair Vaqif Nəcəfoğlu, Taykvando olimpiya çempionu Aynurə, dünya çempionu Rauf İbrahimoğlu və başqaları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə