Aktyorun başına iş gəldi

Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Kərimovun başına iş gəlib. SİA-nın verdiyi xəbərə görə, aktyora bir xanım sosial şəbəkədə yazaraq münasibətdə olduqlarını qeyd edib.

Məsələ ilə əlaqədar olaraq E.Kərimovun özü ilə əlaqə saxladıq. O, əməkdaşımıza bunları dedi: "Bir qız məni onunla münasibətdə olmaqda günahlandırır. Özümə arxayınam və şərdən qorunmaq üçün, həmişə Allaha dua edirəm. Şəxsi həyatıma təsir etmək istəyir. Amma bilin ki, mənim ailəm var, çox xoşbəxtəm. Ailəmi sizin kimi şeytan xislətli insanlar dağıda bilməz. Həmin xanımın yazdıqlarının şəklini çəkib saxlamışam. Onu tanımıram, yalan deyir. Məktubda guya mənimlə görüşdüyü ünvanı yazıb. Orada mən kastinqdə olmuşam. Əvvəllər də belə hadisə olurdu, fikir vermirdim. Ancaq indi çox pis vəziyyətdəyəm və düşünürəm ki, olduqca təhlükəli xanımla rastlaşmışam".

Bütün xəbərlər Facebook səhifəmizdə