Müğənni depresiyaya düşdü

Müğənni Sevinc Ağaşirinova ona dəstək olan həmkarından söz açıb. SİA-ya açıqlama verən ifaçı sözügedən sənət dostu haqqında maraqlı etiraflar edib:"Depresiyaya düşəndə müğənni Xatun mənə dəstək olub. İmkan verməyib ki, cəmiyyətdən və səhnədən uzaqlaşım. Onu da deyim ki, bir müddət öncə ana olmağa hazırlaşanda sənət dostlarımdan və efir məkanından kənarlaşmışdım. Çox sıxılırdım. Xatun isə hər şeyin yaxşı olacağını söyləyirdi. Həqiqətəndə artıq səhnədəyəm və tamaşaçılarım məni sevir".

Bütün xəbərlər Facebook səhifəmizdə