Rejissor verilişində müğənniləri müzakirə etdi

Rejissor verilişində müğənniləri müzakirə etdi

Rejissor Nail Naiboğlundan yeni xəbər var. SİA-ya açıqlama verən rejissor müəllifi olduğu verilişi ilə yenidən efirə qayıdacağını söyləyib: "Müəllifi olduğum "Klip Parad" layihəsi ilə evlərinizin qonağı olacağıq. Yeni formatda olan verilişdə ulduzların səsvermə nəticəsində klipləri yarışacaq.

Səsvermə "Facebook"da olacaq. Artıq səsvermə başlayıb. İlk mərhələdə Röya Ayxanın, Sevda Ələkbərzadənin, Eldar Qasımovun, Nigar Camalın, Roza Zərgərlinin, Ayan Babakişiyevanın, Yaşar Cəlilovun, Manananın, Sevil və Sevincin, Ceyhun Bakinskinin klipləri yer alıb. Verilişin formatına görə 4 gün efirdə yayımlanan ekran işi həftənin cümə günü ekspert qismində əyləşən məşhur tərəfindən müzakirə ediləcək. İlk münsifimiz modelyer Fəxriyyə Xələfova olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə