Məşhur işə metro ilə gedir

Türkiyəli müğənni, rejissor, aktyor Mahsun Kırmızıgül həyat tərzindən söz açıb. SİA-nın verdiyi xəbərə görə, müğənni jurnalistlərə açıqlamasında bahalı restoranlara getdiyini söyləyib: "Şöhrətli biri kimi yaşamıram. Hər gün işə metro ilə gedib-gəlirəm. İnsanların baxışları, diqqəti məni əsla narahat etmir. Ayda 10 min lirə ilə (təxminən 3000 manat) dolanıram. Qazandığım pulları şirkətimdəki insanlarla bölüşürəm. Dostlarımla ən bahalı restoranlara gedirəm. Düşünürəm, bütün bunlara haqqım çatır".

Bütün xəbərlər Facebook səhifəmizdə