Bu da yarışmadan ayrıldı
Müğənni Sərdar Ortaçın irlandiyalı model həyat yoldaşı Xloe Luqnan "Bu tarz benim" yarışmasının münsif kürsüsündən ayrılıb. SİA-nın verdiyi xəbərə görə, 2 həftə əvvəl yorğunluq səbəbindən studiyada halı qəflətən pisləşən Xloe ölkəsinə yola düşüb. Onun "tükənmişlik sindromu"na tutulduğu deyilir. X.Luqnanı münsif kürsüsündə martın 1-də model Çağla Şikel, daha sonra isə Asuman Krause əvəz edəcək. Qeyd edək ki, Türkiyədə ilk dəfə "Möhtəşəm yüz il"in Hürrəm Sultanı Məryəm Üzərli "tükənmiş sindromu"na tutulduğunu demiş və vətəni Almaniyaya yola düşmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə