Hüquqşünas Elnarə Abdullayevanı məhkəməyə verir FOTO

Hüquqşünas Elnarə Abdullayevanı məhkəməyə verir FOTO

Hüquqşünas Qurban Məmmədov muğam ifaçısı Elnarə Abdullayevanı məhkəməyə verməyə hazırlaşır. O, bunu sənətçinin Allahın verdiyi səsi baha qiymətdə satması ilə əlaqələndirərək konsertinin biletlərinin 80 manat olduğunu qeyd edir.

Məsələ ilə əlaqədar olaraq xanəndənin mətbuat katibi Tahirə Məmmədqızı hüquqşünasa cavab verib: "Bu vaxtadək Heydər Əliyev Sarayında 50-200 manatadək bahalı konsertlər keçirilib. Türkiyəli sənətçilərin, "Bu şəhərdə" qrupunun konsertlərinin biletlərinin qiyməti olduqca baha olub. Ancaq onlara qarşı çıxan olmayıb. Elnarə xanımın konsertinə biletlərin məbləği isə 20-80 manat arasında dəyişilir. Biz imkansız insanları da nəzərə alaraq biletlərin qiymətini aşağı etdik. Odur ki, Qurban Məmmədov bu vaxtadək Heydər Əliyev Sarayında baha qiymətə biletlərini satan ifaçıları məhkəməyə verdikdən sonra Elnarə xanıma qarşı çıxar".

Qeyd edək ki, Elnarə Abdullayeva bu gün və sabah Heydər Əliyev Sarayında "Zəfər çalaçağıq" adlı konsert proqramı ilə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə