Niyə münsiflər Elnuru təbrik etmədi?

Niyə münsiflər Elnuru təbrik etmədi?

"O Ses Türkiye"nin münsiflər heyəti dünən qalib olan Elnur Hüseynov və Ebru Gündeşi təbrik etməyib. SİA xəbərinə görə, Ebru Gündeşi yalnız onun sənət yoldaşı Demet Akalın təbrik edib. Nəticələr açıqlanandan sonra Gökhan çox əsəbiləşib və yarşma bitər-bitməz studiyanı tərk edib. Digər münsiflər - Hadisə və Mazhar&Özkan da Ebrunu təbrik etmədən verilişdən çıxıblar.

Bəzi tamaşaçılar və Elnurun rəqibləri sosial şəbəkələrdə Ebru Gündeşin Azərbaycana tez-tez gəldiyi üçün Elnurla dost olduğunu, buna görə də onu qalib etdiyini yazıblar.

Türkiyənin səhər verilişlərindən birinin aparıcısı, "Ebru Gündeş öz komandasında yarışan Elnurla çox yaxşı işləyib və buna görə də o qalib olub. Təbrik etmək o qədər də çətin deyildi" – deyə, qeyd edib.

Digər tərəfdən Elnur Hüseynovun ilk səhnəyə çıxdığı gündən etibarən onun qalib olacağına inandıqlarını dilə gətiriblər.

Veriliş zamanı sırf azərbaycanlı olduğu üçün Elnur haqqında bu cür ifadələr səslənməsinin çox yanlış olduğuna da diqqət çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə