Müğənni konsert keçirən həmkarları haqda danışdı

Müğənni konsert keçirən həmkarları haqda danışdı

Müğənni Talıb Tale konsertdən danışıb. SİA-ya açıqlama verən ifaçı konsert verən həmkarları haqda da reallıqları etiraf edib: "Azərbaycanda yox, digər ölkələrdə konsertlər verirəm. Buna bir çox səbəblər var. Belə ki, dəfələrlə Gürcüstandan təklif gəldiyi üçün orda konsertlər keçirmişəm. Paytaxtımızda da bir neçə dəfə konsert vermək istəmişik. Lakin maddi baxımdan problemlərimiz yaranıb və lazimi şəraitimiz olmayıb. Konsert salonlarının qiyməti çox bahadır. Konsertlərin təşkil olunması xərci borcunu ödəmir. Konsertin bütün biletlərinin satılmasına baxmayaraq, sənətçi cuzi miqdarda xeyir götürür. Onu da deyim ki, əksər müğənnilərin konsert vermələrinə səbəb, toylarının sayını çoxaltmaq istəyirlər. Bu, reallıqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə